10 Oktyabr, 2013
XX əsrin açılmamış ən böyük sirri - FOTOLAR

“Rosvell” hadisəsi ötən əsrin ən böyük sirri kim qəbul edildi

İddialara görə 1947-ci il iyulun 4-də ABŞ-ın Rosvell adlı qəsəbəsinin yaxınlığında uçan naməlum obyekt düşmüşdü. Uçan obyektin dağıntıları və yadplanetlilərin cəsədləri ordu tərəfindən dərhal gizlədilmişdi. 
Rosvel qəsəbəsində yaşayan Den Vilmot və arvadı evlərində oturduqları zaman yüksək sürətlə hərəkət edən oval şəklində bir obyektin şimali-şərqə tərəf uçduğunu görüblər. Həmən gün Rosvel-də güclü qasırğa baş verdi. Foster fermasının sahibi Viliam MacBrazel partlayış səsi eşidib. Sabahısı gün qasırğanın verdiyi ziyana baxmaq üçün əraziyə gedən MacBrazel 1.2 km uzunluğunda dağılmış obyekt aşkar edib. Dağıntılar aşkarlandıqdan sonra sakinlər yerli polisə xəbər veriblər.
Polkovnik Blançard Marsela və kəşfiyyat agenti Şeridan Kavit Foster fermasına yola düşüblər.
Bir müddət sonra hadisə haqqında Pentaqona xəbər verilib. ABC TV kanalında verilən xəbərdə obyektin meteoroloji dairə olduğunu deyiblər. Xilasetmə qüvvələri əraziyə gələrək bütün dağıntıları və cəsədləri toplayıblar. Ərazidə karantin elan olunub. Əməliyyatda iştirak edən əsgərlərə isə bunun milli təhlükəsizliyi maraqlandıran bir mövzü olduğunu və bu haqda heç kimə deməməyi əmr ediblər. Hadisənin təfərrüatları ictimaiyyətdən gizlədilib.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!