10 Oktyabr, 2013
Onu görənlər dəhşətə gəlir – VİDEO

İspaniyanın Kantabriya vilayətində sahilə çıxan məxluq onu görənləri dəhşətə salıb.

Simsar.az xəbər verir ki, dəniz dərinliklərinin sakini qorxu filmlərindəki bədheybətlərə oxşadığından insanlar onun əslində nə olduğunu gec anlayıblar. Sahilə atılan məxluq 100 kq çəkisi və 10 metr uzunluğu olan kalmar (mürəkkəb balığı) imiş. Hadisə şahidi fotoqraf Enrike Taledo deyib : “Bu heyvanları çox nadir hallarda görmək olar. Onlar okeanın dərinliklərində yaşayırlar. Çox nadir hallarda ölüləri sahilə atılır”. Hazırda kalmarı Kantabriya muzeyində alimlər öyrənir.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!