10 Oktyabr, 2013
İngilis polisindən qeyri-adi oğurluq – VİDEO

.

Böyük Britaniyanın Kembric “tələbə şəhərciyi”ində polislər bilərəkdən tələbələrin velosipedlərimi oğurlayıblar. Sonra da oğurluqlarını videoya çəkərək internetə qoyublar. 

Simsar.az The Telegraph-a istinadən xəbər verir ki, polislər bununla nə etmək istədiklərini izah ediblər. Əslində onlar bununla tələbələrin digər tələbələrin mülkiyyətinə tam etinasız yanaşdıqlarını göstəriblər, daha dəqiq desək mülkiyyətin oğurlanmasına olan etinasızlığı.

Polis işçiləri gün ərzində bir neçə velosipedi oğurlayıblar. Hadisə şahidlərindən heç biri oğrunu saxlamağa yaxud başqalarının diqqətini cəlb etməyə çalışmayıb. Kembricdə polis çağırmaq üçün 999 nömrəsinə zəng vurmaq kifayətdir. Lakin şahidlərdən heç biri bunu etməyib.

Videonu sizə təqdim edirik :

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!