10 Oktyabr, 2013
Balıqları əmziklə yedizdirdilər – VİDEO

.

Simsar.az Life News-a istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində yerləşən zooparkda balıqlar böyük maraq doğurublar. Maraq doğuran isə o olub ki burda olan dekorativ balıqları uşaq əmziyi ilə yedizdirirlər. Balaca Nastya ilk dəfədir ki, sazan görür. O sazanları yedirtməyin çox maraqlı olduğunu deyib. Bu balıqların adı yapon koi sazanıdır. Əvvəllər buddist rahibləri bu balıqları xüsusi olaraq gölməçələr üçün yetişdirirdilər. Doğulan hər balığa ad verilirdi və bürcü təyin olunurdu. Onlar hesab edirdilər ki, Balıq bürcündə doğulan sazan uğur gətirir. Yaponlar bu balıqlardan heç vaxt qida kimi istifadə etmirlər. Onlar üçün bu balıq müqəddəsdir. 

Zooparkın meneceri Kristina Vdovina Life Newsa bunları deyib: “Bizim zooparkımızda kiçik balıqlar da var, böyük balıqlar da. Adətən böyük balıqlar bütün yemi yeyirlər. Ona görə də, biz bütün balıqları uşaq əmziyi ilə yedirdirik. Belə olduqda bütün balıqlar eyni qaydada böyüyürlər. Adətən böyük balıqlar kiçik balıqları yeyir, amma bizim balıqlarımız çox sakitdirlər. Onlar tıbağalarla və qurbağalarla bir göldə yaşaya bilirlər və insanlardan qorxmurlar”.

Bu növ balıqların yemlənməsi Tailandda uzun müddətdir ki, istifadə olunur.

Mələk Abbaszadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!