14 Fevral, 2011
Azərbaycan bankı "Texnika Bank" kapitalını 11 milyon manat artırır

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Texnika Bank"ın ümumi məbləği 11,07 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiyasını qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir. Emissiya çərçivəsində hər birinin nominal dəyəri bir min manat olan 11 070 səhm buraxılıb.

Fevralın 1-nə olan məlumata görə, bankın nizamnamə kapitalı 53,69 milyon manat, məcmu kapitalı isə 64,54 milyon manat təşkil edib.

"Texnika Bank" ölkənin bank bazarında 1993-cü ildən fəaliyyət göstərir, 2007-ci ilədək 100 faizli Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!