14 Fevral, 2011
Erməni müxalifəti mitinqə hazırlaşır

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi (EMK) fevralın 18-də keçirəcəyi mitinqin hazırlıqlarına başlayıb.

Simsar.az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, mitinqdə hazırki hakimiyyətin istefası və növbədənkənar seçkinin təyini tələb olunacaq.

Ter-Petrosyanın mətbuat katibi Arman Musinyanın sözlərinə görə, mitinqdə seçki saxtakarlıqları, kiçik və orta biznesin problemləri, qiymətlərin bahalaşması, sosial-iqtisadi durum kimi məsələlərə də toxunulacaq. Mitinqdə Ter-Petrosyanın çıxışı da nəzərdə tutulub. Mitinqin sonunda yürüş keçirilməsi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!