9 Oktyabr, 2013
Diqqət, siz kar ola bilərsiz!

ş

Eşitmə itkisinə virus infeksiyaları səbəb ola bilər. Damar tutuqluğu, şişlər, zərbələr və immun sisteminin problemlərinin əmələ gətirdiyi karlıq virus infeksiyasının da təsiri ola bilər. 
Simsar.az xəbər verir ki, “xəstələrin üçdə birində karlığın səbəbkarı virus infeksiyalarıdır. Üst tənəffüs yolunun infeksiyası müvəqqəti karlığa səbəb ola bilər” - bunu Qulaq Burun Boğaz (QBB) həkimi və mütəxəssisi professor Dr.Fikrət İrəli bildirib. O deyib ki, bu cür karlıq yarandıqda dərhal həkimə müraciət etmək lazımdır. Düzgün müalicə xəstəliyin aradan götürülməsinə kömək edər. Vaxtında həkimə müraciət edilməsə xəstəliyin qarşısı alına bilməz və buda eşitmə orqanının itkisinə səbəb olar.
Son vaxtlar belə şikayətlərin artdığını deyən Fikrət İrəli onuda qeyd edib ki, mövsüm dəyişikliyi infeksiyaların inkişafına imkan yaradır. Həkim infeksiyalardan qorunmağı məsləhət görüb.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!