14 Fevral, 2011
ABŞ-ın vitse-prezidentindən İrandakı nümayişlərə dəstək

Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden Misir hadisələrilə bağlı danışarkən iranlılara da müraciət edib.

Simsar.az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə, İran hökumətinə üz tutan Bayden deyib: «Mən iranlı dostlarımıza müraciət edirəm: xalqın fevralın 14-nə təyin etdiyi nümayişə qatılmasına imkan verin. Xalqa sözünü demək imkanı yaradın, öz xalqınızı həbsxanalardan buraxın, ölkənin gələcəyinin formalaşdırılmasında iştirakları üçün şərait yaradın!»

Ağ Evin mətbuat katibi Robert Qibbs də İran rəhbərliyini xalqın dinc aksiyalara qatılmasına mane olmamağa səsləyib: «İran hakimiyyəti xalqın iradəsindən qorxur».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!