9 Oktyabr, 2013
Hava limanının yaxınlığında yaşayanlara – BƏD XƏBƏR

Təyyarədə olan səs-küy öldürə bilər?!

Ürək-damar sisteminin xəstəlikləri, insult riski təyyarə səs-küyü olan yerlərdə daha yüksəkdir. 
Simsar.az BBC-yə istinadən xəbər verir ki, Hizrou hava limanının yaxınlığında yaşayan 3.6 milyon insanda insult riski hava limanından uzaqda yaşayanlardan 10-20 % daha yüksəkdir. Araşdırmanın nəticələri “British Medical Journal” jurnalında dərc olunub. Lakin London İmperiya Kolleci-nin nümayəndəsi Anna Hasvel deyib: “ Səs-küyün insan sağlamlığına təsiri tam olaraq sübüt olunmayıb. Amma səs-küyün qan təzyiqinə və yuxuya olan təsiri insan üçün təhlükə yarada bilər”.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!