14 Fevral, 2011
İran polisi müxalifət liderinin evini mühasirəyə alıb

İran polisi müxalifət lideri Mirhüseyn Musəvinin evini mühasirəyə alıb.

Simsar.Az xəbər portalının «France Presse» agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd Misir nümayişçilərinə dəstək aksiyasına Müsəvinin qatılmasına imkan verməməkdir.
«Musəvinin və xanımı Zəhra Rahnavardın bütün stasionar və mobil telefon xətləri də kəsilib. Musəvinin evinin yerləşdiyi ərvazidə çoxsaylı polis maşınları var», - deyə məlumatda bildirilir.
Xatırladaq ki, İran müxalifəti bu gün Misir nümayişçilərinə dəstək aksiyası keçirmək istəsə də, buna icazə verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!