14 Fevral, 2011
Misirin yeni Konstitusiyası 10 günə yazılacaq

Prezident Hüsnü Mübarəkin istefasından sonra ölkəni idarə edən Ali Hərbi Şura yeni Konstitusiyanın yazılmasının 10 gün ərzində yekunlaşmasını planlaşdırır.

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 2 ay ərzində yeni Konstitusiya ilə bağlı referendum keçiriləcək. 

Bu barədə agentliyə Misirdə inqilabın əsas təşəbbüskarları sırasında yer alan “Google”nin top-meneceri Əmir Salam hərbçilərlə görüşündən sonra söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!