7 Oktyabr, 2013
Zibillikdən çıxan almaz rekord qırdı

ю

Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 80-ci illərdə Konqoda olan almazdan hazırlanan boyunbağı, “Guinnes” rekordlar kitabına "dünyanın ən bahalı boyunbağısı " adı ilə düşüb. Boyunbağı bu ay 55 milyon dollardan satışa çıxarılacaq.

Demokratik Konqo Respublikasında 1980-ci illərdə kiçik bir qızın zibillikdən tapdığı almazın milyardlarla qiyməti var. 2012-ci ildə boyunbağı halına gətirildikdən sonra Guinness Rekordlar Kitabına dünyanın ən bahalı boyunbağısı olaraq düşən “Lincomparable” yeni sahibini gözləyir. Sinqapur Ləl-cəvahirat sərgisində bu ay satışa təqdim ediləcək yumurta şəklindəki 407 karatlıq sarı rəngdəki qüsursuz almaz ilə brillyant və digər almazlarla 637 karatlıq boyunbağı olur. Bu məşhur almazın 2 alıcısı var.

Qeyd edək ki, məşhur mütəxəssis Marvin Samuels almazı 4 illik işlə boyunbağı halına gətirib.

Turanə Zeynallı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!