7 Oktyabr, 2013
Dünyanın ən uzun kababı - FOTO

б

Dünyada ən uzun kabab Tatarstanın Kazan şəhərində hazırlanıb. Simsar.az İTAR-TASS-a istinadən xəbər verir ki kababın uzunluğu 180 metrdir. 

Kazanda keçirdilən Euro-Asia Expo- 2013 adlı sərgi təşkilatçıları hesab edirlər ki, Ginnesin Rekordlar Kitabına düşmək şansları var. Çünki sərgidə Ginnesin Rekordlar Kitabı və Rusiya Rekordlar kitabı nümayəndələri də olub. Kabab sərgidən sonra Tatarstanın Nurlat rayonunda yerləşən uşaq evinə təqdim olunacaq.

Kababın hazırlanmasında 200 nəfər iştirak edib. Kababı hazırlamaq üçün 200 kq ət və 500 kq kömür itifadə olunub. Ətin hazırlanmasına sərgidən bir gün əvvəl başlanıb.

Təşkilatçılar onu da qeyd ediblər ki, kababın hazırlanmasında İslami normalara müvafiq olaraq halal ətdən istifadə edilib.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!