4 Oktyabr, 2013
Qulaqcığa görə qatarın altında qaldı -VİDEO

.

Simsar.az NTV-yə istinadən xəbər verir ki, 20 yaşlı Veronika qatar yolunu düzgün yerdə keçmədiyindən və diqqətsizliyi ucbatından qatar altında qalaraq ölüb. Dəhşətli kadrlar kameranın obyektivinə tuş gəlib. 

Rusiya dəmir yol bələdçisi Qeorqi Yenin hadisənin şahidi olub: “Yolu keçəndə o qulaqcıq taxmışdı. Eşitmirdi. Başını aşağı salıb yolu gedirdi. Heç nə görmürdü və heç nə eşitmirdi. Mən ona bayraqla işarə verməyə çalışdım, amma o görmədi. Səs küyə görə o, nə qatarın gəlişini, nə də mənim xəbərdarlığımı eşitmədi. Qatar yaxınlaşanda artıq relslərin üsündə idi. Başını qaldıranda artıq gec idi”.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!