4 Oktyabr, 2013
Elmə məlum olmayan məxluqlar – FOTOLAR – VİDEO

.

Böyük Britaniya alimləri okeanın bəzi uzaq bölgələrində elmə məlum olmayan məxluqların şəkillərin çəkiblər. Bunlardan biri də Cənubi-Qərb Hind silsiləsində tapılan əjdaha balığıdır. 

Tapıntılar əsasən Hind okeanında və Şərqi Skotia silsiləsində tapılıb. Şərqi Skotia silsiləsi Antarktika yaxınlığında yerləşir. Okeanın dibində tapılan elmə məlum olmayan bu məxluqlar alimləri təəccübləndirməyə davam edirlər.

Oxford Universitetinin aparıcı elmi işçisi olan professor Aleks Rogers deyib Bu dünyanın ən böyük ekosistemidir və burda yaşayan məxluqların çoxunu biz hələ aşkarlamamışıq.

Belə dərinliklərdə yaşayan məxluqlar yaşayış üçün münasib xüsusiyyətlərə malikdilər.

Simsar.az həmin məxluqların şəkillərini və videosunu təqdim edir:

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!