3 Oktyabr, 2013
Qorillalar mətbəxə basqın etdi

ş

Kanadanın Kalqari zooparkında bu il ərzində ikinci dəfədir ki qorillalar mətbəxə basğın edir. Simsar.az CTV-News-a istinadən xəbər verir ki hadisə nəzarətçilərin səhlənkarlığı ücbatından baş verib.

Parkın mətbəxi meymunların yaşadığı volyerə bitişik olduğundan və işçilərdən birinin qapını açıq qoyduğundan altı ədəd qorilla rahat şəkildə mətbəxə daxil olublar. Baş vermiş hadisə nəticəsində zərərçəkən olmasa da mətbəxin vəziyyəti məlum deyil.

Rəhbərliyin verdiyi məlumata görə günahkarların ikisi də cərimənəlib. Lakin bundan əvvəl mart ayında baş verən hadisədən sonra volyer işcisi işdən çıxardılmışdı. Bu dəfə rəhbərlik bunu ehtiyac bilməyib.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!