14 Fevral, 2011
BMT-də maraqlı «ÇP»

Hindistanın xarici işlər naziri portuqaliyalı həmkarının çıxışını oxudu.

Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, Hindistanın xarici işlər naziri Malayya Krişna BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışı zamanı səhvən portuqaliyalı həmkarı üçün yazılmış çıxışı oxuyub. Həmkarı Luis Amadodan sonra tribunaya çıxmış 79 yaşlı Krişnanın çıxışının 3 dəqiqəsi arxada qalarkən ilk olaraq Hindistanın BMT-dəki daimi nümayəndəsi Hardip Sinqh Puri hansısa yanlışlığın olduğunu anlayıb. Bu, nazirin «BMT-də 2 portuqaldilli dövlətin olmasını» şövqlə bəyan etdiyi zaman baş verib.

Krişna çıxışından sonra verdiyi açıqlamada tribunada 2 vərəqin olduğunu, səhvən portuqaliyalı nazirə məxsus çıxışı oxuduğunu etiraf edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!