3 Oktyabr, 2013
Əsrarəngiz adadan qəribə görüntülər – VİDEO

Pakistanda sentyabr ayında baş vermiş zəlzələdən sonra meydana gələn adanın video görüntüləri yayılıb

Simsar.az xəbər verir ki, Ümman dənizində yaranan adanın palçıq və sərt qayalardan təşkil olunduğu aşkar edilib. Qayaların arasından çıxan qaz diqqət çəkib. Artıq xarici turistlərin diqqətini çəkməyə başlayan adanın gələcəkdə turizm zonası kimi fəaliyyət göstərəcəyini güman edirlər. Ancaq alimlərin ilkin fikirlərinə görə qaz partlayışı nəticəsində yaranan adanın yer altından çıxan qazların qurtarması ilə yoxa çıxma ehtimalı da böyükdür.
Qeyd edək ki, tezliklə adada tədqiqat işləri həyata keçiriləcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!