3 Oktyabr, 2013
Narkotik maddə alverçiləri polisi pula boğdu

ş

Boliviya polisi narkotik maddə satışının qarşısını almaq üçün keçirdiyi əməliyyatdan “zəngin” ayrılıb. Simsar.az Associated Press-ə istinadən xəbər verir ki, narkotik maddə alverçiləri təyyarədən polislərə bir çanta dolusu pul atıblar. Əməliyyatda iştirak edən polislər gizli uçuş zolağı aşkar ediblər. Təyyarə uçuş zolağına yaxınlaşan zaman polisi görən alverçilər arasında panika yaranıb. Polis aerodromda eniş üçün işarə verən şəxsləri həbs edib. Onların silahları və avtomobilləri saxlanılıb. 
Rəsmilərin fikrincə, bu əməliyyat kokain istehsalı üçün laboratoriyanın yaradılmasının qarşısını alıb.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!