14 Fevral, 2011
Lənkəranda məhkumların mübahisəsi ölümlə nəticələndi

Fevralın 12-də Lənkəranda qətl hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Yuxarı Nüvədi kənd sakini, 1984-cü il təvəllüdlü Kazımov Nicat Əlirza oğlu həmyerlisi, 1970-ci ildə anadan olmuş Hüseynov Zabil Əhməd oğlunu bıçaqlayıb. İkinci aldığı xəsarətlərdən xəstəxanada ölüb, N.Kazımov isə saxlanılıb.



Hadisə Yuxarı Nüvədi kəndindəki çayxanada baş verib. Onlar mübahisə ediblər və Nicat özündən 14 yaş böyük Zabili bıçaqlayıb.


Qeyd edək ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. Maraqlıdır ki, onlar həmin cinayəti bir yerdə törədiblərmiş. Belə ki, 2007-ci ildə hər iki şəxs sifarişlə öz həmkəndlilərinin avtomobilini yandırıb və buna görə hərəsi 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!