2 Oktyabr, 2013
Cindarlardan şeytan etirazı

Polşada satışa çıxarılan pendirin qiyməti 6.66 zloti qablaşdırmasında isə keçinin şəklinin olması polşalı cindarları özlərindən çıxardıb.

Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki onlar iddia edib ki, qiymətin pendirin üzərində 666 yazılması mənfi mesaj daşımasını ifadə edir. Keçinin okkultizmə aid olduğunu hesab edtikləri üçün qablaşdırmanı bəyənməyən cindarlar alıcılara ehtiyatlı olmağı məsləhət görüblər. 

Pendirin üzərindəki işarələrə daha bir etiraz isə kilsə nümayəndələrindən gəlib.

Supermarket işçiləri isə onların satanizmlə heç bir əlaqələri olmadığını bildiriblər. Onlar izah ediblər ki satışda eyni ədədlə yazılan bir çox mallar var. Məsələn içərisinə qoz doldurulmuş ilbizlər.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!