1 Oktyabr, 2013
“Turizm və sərgüzəştlər” başa çatdı

Avazda Beynəlxalq Turizm Forumu yekunlaşıb

Türkmənistanın Milli turizm zonası olan “Avaz”-da Beynəlxalq Sərgi və “Turizm və sərgüzəştlər” konqresi başa çatıb. Bu forum Türkmənistan Turizm üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Forumda 20-dən artıq ölkə iştrak edib. Dörd gün ərzində “Nebitçi” otelində idman, səhiyyə, ətraf mühit, mədəniyyət mövzularına aid turistik stendlər təqdim olundu. Məqsəd turizm resurslarının daha geniş cəlb olunması, ölkəyə gələn turist axınının artırılması, səyahət otel sisteminin genişləndirilməsi, istirahət və səyahət sənayesi və istirahət əyləncə infrastrukturuna yeni marşrutların təşviqi.

Bu Türkmənistan iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçid üçün zəmin yaradacaq.
Konqresin yekun iclası “Arzuv” otelinin konfrans zalında keçirilib. İclas zamanı bölmə rəhbərləri görülmüş işlər barədə hesabat verdilər.Sərginin sonunda iştrakçılara diplomlar təqdim olundu.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!