14 Fevral, 2011
Fironun heykəlini kim oğurlayıb?

Qahirə muzeyində oğurluq olub.

Milli.Az xəbər portalı "Əl Cəzirə"yə istinadən bildirir ki, naməlum şəxslər Qahirə Tarix Muzeyindən 8 eksponat oğurlayıblar.

Misir Ali Tarix Şurasının baş katibi Zahi Həvassın dediyinə görə, ölkənin hüquq-mühafizə orqanları muzeydən oğuvrluq etmiş şəxslərin axtarışlarına başlayıblar.

Muzeydən oğurlanmış eksponatların tam siyahısı Həvassın bloqundadır.

Misir paytaxtının mərkəzində yerləşən Qahirə Muzeyi yanvarın 28-də, polislərin əksəriyyəti binanı tərk edərkən oğurluğa məruz qalıb. Oğrular 10 stendi dağıtmaqla yanaşı, muzeydəki suvenir dükanını da qarət ediblər.

Daha sonra Muzeyi ordu qoruyub.

Şahirə Tarix Muzeyindəki eksponatlar arasında 27 firon və onların ailələrinin mumiyaları da var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!