12 Fevral, 2011
“Azərbaycanın adının terror təhlükəsi olan ölkələr sırasına salınması əsassızdır”

Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov İsrailin açıqlamasına münasibət bildirib.

“Biz İsrailin Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etməsini əsassız sayırıq”. Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Lent.az-ın bölgə müxbirinin sualını cavablandırarkən belə deyib.

PA-nın şöbə müdiri Azərbaycanda iqtisadi, siyasi və ictimai sabitliyin mövcud olduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, fevral ayının 11-də İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. İsrail vətəndaşlarının səfər etməsi məqbul sayılmayan ölkələr sırasında Azərbaycanın da adı var. Bundan başqa siyahıda Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fil Dişi Sahili, Mali və Mavritaniya da var. Xəbərdarlıq “Hizbullah”ın liderlərindən İmad Muqniyenin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!