12 Fevral, 2011
Hindistanlı iş adamları Azərbaycana gəlir

Hindistanlı sahibkarlar azərbaycanlı iş adamları ilə ticarət əlaqələri yaratmaq niyyətindədir.

Hindistan Sənaye Konfederasiyası (Cİİ) Azərbaycandakı iş adamları ilə ticarət əlaqələri yaratmaq niyyətindədir. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə Hindistan iş adamları bu il martın 14-15-də Azərbaycana gələcəklər.

Qeyd edək ki, Hindistan Sənaye Konfederasiyası kimyəvi preparatlar, nasos və mühərriklər hazırlayan zavod və fabrikləri, müxtəlif sahələrdə Hindistanın aparıcı şirkətlərini təmsil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!