12 Fevral, 2011
Norveç kralının gödəkçəsini oğurladılar

Muzeyin əməkdaşları oğurlanmış eksponatın dəyərini qiymətləndirməkdə çətinlik çəkir.

Simsar.Az xəbər portalı "FaktXeber"ə istinadən bildirir ki, Norveçin paytaxtı Osloda şəhəindəki məşhur xizək idmanı muzeyində Norveç kralı Heraldın idman kürkü oğurlanıb.

Muzeyin əməkdaşları oğurlanmış eksponatın dəyərini qiymətləndirməkdə çətinlik çəkirlər, lakin onun şübhəsiz tarixi dəyərə malik olduğu bildirirlir. Məsələ burasındadır ki, kürkün astarında monarxın monoqramı olub.

Kral ailəsinin yaxını, İkinci Dünya müharibəsi dövründə Norveç partizan hərəkatının tanınmış iştirakçısı Silviya Salvesen 1942-ci ildə nasistlərin Oslodakı Qrini qadın həbsxanasının ərazisində yaratdığı hərbi əsirlər üçün düşərgədə olduğu vaxt kürk üçün xüsusi naxış salmışdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!