12 Fevral, 2011
İran “Nabucco”da iştiraka razıdır, amma bir şərtlə...

İslam Respublikası Transxəzər qaz kəmərinin çəkilməsini istəmir.

"İranın “Nabucco” qaz kəmərinin təbii qazla doldurması mümkündür". ANS PRESS Türkiyənin "Today`s Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, İranın Özbəkistandakı səfiri Məhəmməd Keşavarzadə belə deyib.

““Nabucco” qaz kəməri layihəsinin razılaşmasını imzalamış ölkələrin bu kəməri doldurmaq potensialının kifayət qədər olmadığını nəzərə alsaq, İran bu kəməri böyük həə qazla təmin edə bilər”, deyə İran diplomatı bəyan edib.

Səfir həmçinin Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı ölkəsinin mövqeyini bildirib. Onun sözlərinə görə, rəsmi Tehran bu layihəni təqdir etmir: “İran hər zaman əkologiya məsələlərinə həssaslıqla yanaşıb. Bundan başqa, hələ də Xəzərin statusu ilə bağlı müəyyən məsələlər öz həllini tapmayıb. Buna görə də bu layihəyə müsbət baxmırıq”.

Qeyd edək ki, Xəzərin statusu 5 Xəzəryanı ölkələr – Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran arasında hələ də öz həllini tapmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!