27 Sentyabr, 2013
Məktəbi şagirdlər təmizləyir – FOTOLAR

Bu məlumatlar oxuyanları heyrətə gətirir. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan fotolar və məlumatları təqdim edirik

- Tokio 31,715,000 nəfərlik əhalisi ilə dünyanın ən sıx şəhəri hesab olunur;
- Marsda günəş batarkən mavi rəngdə görünür;
- Bill Haastı yaşadığı müddət ərzində 172 dəfə ilan sancıb. Orqanizmi ilan zəhərinə uyğunlaşan Haast 100 ildən çox yaşayıb;
- Yanğın söndürmə kranını kəşf edən insan məlum deyil. Çünki patent sənədi yanğında məhv olub;
- Yapon məktəblərinin əksəriyyətində xadimə vəzifəsi yoxdur. Məktəbi şagirdlər təmizləyir. Bunun nizma-intizam yaratdığına inanılır;
- 1960-cı il Roma Olimpiya oyunlarında Efiopiyalı Abebe Bikila ayaqyalın qaçaraq qızıl medala sahib çıxmışdı;
- Tutuquşu balığı qidaları həzm etdikdən sonra qum formasında bədənindən xaric edir. Karib adalarının əksəriyyəti bu vasitə ilə meydana gəlib;
- Güzgünün əsl rəngi yaşıldır;
- Delfinlər köhnə dostlarını 20 il sonra da tanıya bilirlər;
- Başı qopmuş tarakan 10 gün yaşaya bilir. Sonda onun ölümünə səbəb isə aclıq olur.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!