12 Fevral, 2011
Əlcəzairdə toqquşmalar başladı

Bu saatlarda Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir.

Aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, “Buteflika-rədd ol!” şüarları səsləndirirlər. 


Polis indiyə qədər 20 nəfəri saxlayıb. “France Presse” agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!