25 Sentyabr, 2013
Qadın sürücü piyadanın üstündən keçdi – VİDEO

Rusiyanın Nijni Novqorod şəhərində baş verən faciəvi hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.

Maşına nəzarəti itirən qadın sürücü qəfildən səkiyə qalxaraq piyadaları əzib. O avtomobillə onların üstündən keçib. Nəticədə, 1 nəfər hadisə yerində ölüb, 2 nəfər ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Yol polisi tərəfindən verilən məlumatda sürücünün əyləc əvəzinə qaz pedalına basdığı qeyd olunur. 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!