12 Fevral, 2011
Çilidə güclü zəlzələlər baş verdi

Bu gecə Çilidə 7 bal gücündə zəlzələ baş verib.

Simsar.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Konsepson şəhərindən 18 kilometr uzaqlıqda yerləşib. 


Təkan paytaxt Santyaqoda da hiss edilib. Dağıntı və tələfat barədə məlumat verilmir.


“France-Presse” agentliyi isə səhər saatlarında Çili sahillərində 6 bal gücündə ikinci zəlzələnin baş verdiyi barədə məlumat yayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!