12 Fevral, 2011
Simsar.az müğənniləri yenə çaşdırdı

Günəş sistemində ən böyük planet hansıdır?

Görəsən özlərini yerdə ulduz sayanların Günəş sistemindən xəbərləri varmı? Günəş sistemində ən böyük planet hansıdır sualina “ulduzlar” necə cavab verəcək? 
Əziz ulduzlar, məlumunuz olsun ki, Günəş sistemində ən böyük planet Yupiterdir. Asteroid qurşağından xaricdə yerləşdiyinə və tipinə görə qaz nəhəngi olduğu üçün xarici palnetlərə aid edilir. Yupiter öz oxu ətrafında sürətlə fırlanır. Onun ekvatorunda fırlanma sürəti ən böyük, qütblərdə isə ən kiçikdir. Onun tam fırlanma periodu ekvatorunda 9 saat 50 dəqiqə 30 saniyəyə bərabərdir. Yupiterin orta tempraturu -140 0C-dir, maqnit sahəsi Yerə nisbətən 10-20 dəfə çoxdur.

Müğənni Sevinc Musayeva - Dəqiq bilmirəm.
Kristal qrupunun rəhbəri Mədinə - Zemlya planeti.
Xalq artisti Məleykə Əsədova – Bilmirəm.
Müğənni Nurlan Növrəsli - Yalan deyərəm, dəqiq bilmirəm.
Müğənni Elçin Hüseynov - Yəqin ki, Mars planeti olar.
Meyxanaçı Vüqar - Bu planetlər arasında ən böyüyü Günəş özüdür.
Əməkdar artist Azərin - Günəşdir. Günəş özü elə böyük planetdir.
Müğənni Xuraman Şuşalı - Neptun.
Müğənni Nadir Bayramlı - Yupiter.
Müğənni Ülvi - Yer planetidir.

Sevinc Vəliyeva

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!