12 Fevral, 2011
Röya Moskvada konsert verdi

Müğənni Röya fevralın 11-də Moskvanın “Crocus City Hall” konsert zalında 3 saatlıq musiqi proqramı ilə çıxış edib.

Simsar.az-ın məlumatına görə, konsertdə müğənninin yaxın dostu və həmkarı Rəhim Rəhimli aparıcılıq edib. Rəhim Röyanın konsertində 3 mahnı da oxuyub. 


Röya tamaşaçılarına yaddaqalan proqram nümayiş etdirib. Tamaşaçıların çoxu Rusiyada təhsil alan həmvətənlərimiz olub. Müğənnini səhnədə Rusiyada fəaliyyət göstərən rəqs qrupu müşayiət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!