12 Fevral, 2011
Hollivud əfsanəsi xəstəxanaya yerləşdirilib

Məşhur Hollivud aktrisası Elizabet Teylor Los-Ancels xəstəxanasına yerləşdirilib.

Simsar.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, 78 yaşlı aktrisa kəskin ürək çatışmazlığı ilə bağlı həkimlərin nəzarətindədir. 

Elizabet Teylor fevralın 8-dən özünü pis hiss edib. Aktrisa sətəlcəm olub və sətəlcəm ağırlaşdıqdan sonra səhhətində ciddi problem yaranıb. Son vaxtlar Elizabet Teylor tez-tez əlil arabasında gəzməsi ilə diqqət çəkib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!