21 Sentyabr, 2013
Qəbrində avtomobilinə də yer ayırtdı - FOTO

.

Simsar.az-n xarici KİV-ə istinadən verdiyi məlumata görə, fironlara qibtə edən braziliyalı milyarder iş adamı Kount Skarpa malikanəsinin bağçasına lüks avtomobili ilə birlikdə basdırılmaq üçün əvvəlcədən məzar qazdırıb.
Braziliyalı iş adamı avtomobilini öldükdən sonra "o biri dünyada istifadə etdəcək". Qeyd edək ki, milyarder fironların qiymətli əşyalarıyla birlikdə dəfn edildiyini bir sənədli filmdə izlədikdən sonra, bu radikal qərarı aldığını bildirib. 62 yaşlı Kount Skarpa sahib olduğu zənginlikdən öldükdən sonra da istifadə edəcəyini düşünür. Cənazə üçün yeni “Bentley” alıb. Özü üçün xüsusi mərasim belə təşkil etmək istədiyini bildirən Skarpa: "qərarımdan kimsə şübhə etməsin" - deyib.

Turanə Zeynallı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!