12 Fevral, 2011
Barak Obamadan internet vədi
ABŞ prezidenti Barak Obama

ABŞ Prezidenti Barak Obama ölkənin 98 faizini əhatə edəcək ümummilli genişzolaqlı internet sisteminin yaradılmasına dair tədbirlər planını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Barak Obama hesab edir ki, bu, ölkənin iqtisadi artımına kömək edəcək.

ABŞ prezidenti deyib ki, sabahın iqtisadiyyatının dünənin infrastrukturundan istifadə edəcəyini gözləyə bilmərik.

Xatırladaq ki, ABŞ prezidenti genişzolaqlı internetə çıxışın inkişafı üzrə planı ölkədəki vəziyyət haqqında bəhs edən müraciəti çərçivəsində açıqlayıb. Barak Obama qeyd edib ki, keçmişdə iqtisadi artımın əsası kimi dəmir yolu və avtomobil magistralları çıxış edirdisə, hazırda burada əsas amil məhz internet infrastrukturu olacaq. Müvafiq müraciət Miçiqan Universitetində simsiz texnologiyaların inkişafı istiqamətində bizneslə tərəfdaşlıq proqramları çərçivəsində təqdim olunub. Barak Obama deyib ki, yaxın 5 il ərzində biz ölkənin bütün əhalisini internetə keyfiyyətli çıxışla təmin etmək niyyətindədirlər.

Bundan əvvəl Barak Obama administrasiyası 18 milyard dollar məbləğində müvafiq müasirləşdirmə strategiyasını təqdim edib. Bunun 5 milyard dolları kənd yerlərinin əhalisini yüksəksürətli internetlə təmin etməyə kömək edəcək 4G şəbəkələrinin inkişafı üçün nəzərdə tutulub. 3 milyard dollar isə yüksək texnologiyalar sahəsində tədqiqatlara yönəldilməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!