11 Fevral, 2011
Əli Əhmədov ATƏT nümayəndələri ilə görüşdü

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ATƏT Parlament Asambleyasının (ATƏT PA) sədr müavini Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əli Əhmədov nümayəndə heyəti ilə partiyanın mənzil qərargahında görüşüb. Səfərdə məqsədinin Azərbaycanla münasibətləri daha da dərinləşdirmək olduğunu deyən V. Qrossruk ölkənin inkişafı naminə praqmatik proqramının uğurla həyata keçirilməsində YAP-ın üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. 
Əli Əhmədov isə öz növbəsində bildirib ki, “Azərbaycanla ATƏT PA arasında səmimi və səmərəli əməkdaşlıq münasibətləri hər iki tərəf üçün faydalıdır və bu əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir”.

Görüşdə parlament seçkilərinin nəticələri, gələcək əməkdaşlıq, ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!