11 Fevral, 2011
Müdafiə Nazirliyi polkovnikin ölümü barədə məlumatı təsdiqlədi

Müdafiə Nazirliyi fevralın 11-də Təlim Tədris Mərkəzinin şöbə rəisi, 1967-ci il təvəllüdlü polkovnik Allahverdiyev Aydın Ramiz oğlunun dəm qazından boğulması barədə məlumatı təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin rəis köməkçisi Teymur Abdullayev Simsar.az-a bildirib ki, A.Allahverdiyev bu gün saat 10.00 radələrində yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. 


Qeyd edək ki, hüquq-mühafizə orqanlarından Simsar.az-a verilən məlumata görə, polkovnik A.Allahverdiyev Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 23 ünvanındakı mənzilinin hamamında dəm qazından boğulub. A.Allahverdiyevin övladları 1997-ci il təvəllüdlü oğlu Ramiz və qızı 12 yaşlı Fatimə də həmin vaxt evdə olub. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!