11 Fevral, 2011
Cəmil Quliyev “Mədəniyyət” kanalının baş direktoru oldu

Fevralın 14-də fəaliyyətə başlayacaq “Mədəniyyət” kanalına baş direktor təyin olunub.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, yeni kanala əməkdar incəsənət xadimi Cəmil Quliyev direktor təyin edilib. X. Qasım deyib ki, “Mədəniyyət” kanalının açılışı fevralın 14-də, axşam 20.30-da - AzTV-də “Xəbərlər” proqramı bitdikdə sonra baş tutacaq. Kanalın təntənəli açılışından sonra “Muğam” müsabiqəsinin açılışı olacaq. Fevralın 15-dən isə “Mədəniyyət” kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!