11 Fevral, 2011
Rəqsanə xəstəxanadan ayrılıb

Müğənni Rəqsanə İsmayılova müayinə olunmaq üçün getdiyi Dubayda yerləşən “İranian hospital” klinikasını tərk edib.

Bu barədə Lent.az-a klinikadan məlumat verilib. Xəstəxananın qeydiyyat şöbəsindən verilən məlumata görə, müğənni dünən günorta oradan gedib: “Rəqsanə İsmayılova müayinə olunduqdan sonra xəstəxanamızdan ayrılıb. Əməliyyat olunmayıb. Bizim klinikada ümumiyyətlə əməliyyat edilmir. Xəstələr müayinə olunduqdan sonra başqa yerdə əməliyyat olunur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!