11 Fevral, 2011
Müdafiə Nazirliyinin TTM-in şöbə rəisi faciəli şəkildə öldü

44 yaşlı polkovnik və iki azyaşlı övladı dəm qazından zəhərlənib

Fevralın 11-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin şöbə rəisi, 1967-ci il təvəllüdlü Allahverdiyev Aydın Ramiz oğlu faciəli şəkildə ölüb. 


Hüquq-mühafizə orqanlarından Simsar.az-a verilən məlumata görə, polkovnik A.Allahverdiyev Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 23 ünvanındakı mənzilinin hamamında dəm qazından boğularaq dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarına saat 10.00 radələrində məlumat daxil olub.

Məlumatda o da bildirilir ki, A.Allahverdiyevin övladları 1997-ci il təvəllüdlü oğlu Ramiz və qızı 12 yaşlı Fatimə də həmin vaxt evdə olub. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!