11 Fevral, 2011
“Ruhlar Şəhəri” adlı kitabın təqdimatı oldu

Kitab Ağdama həsr olunub

Bu gün Azərbaycan Yazıçılar Birliyində publisist Vahid Qazinin Ağdama həsr olunan esselərdən ibarət “Ruhlar şəhəri” kitabının təqdimat və imza mərasimi keçirildi. Tədbirdə ədəbiyyat və sənət adamları iştirak edirdilər. 
“Ruhlar şəhəri” adlı kitabı 18 ildir işğal altında qalan Ağdama həsr olunub. Bura müəllifin 15 essesi, Ramiz Rövşənin “Mümkünsüz qayıdışın əzabı” adlı ön sözü və ABŞ-ın Corciya Dövlət universitetinin professoru Rafiq Əliyevin “Qiyamətə qalmış 4 dəqiqə” adlı son sözü daxildir.

Vahid Qazi 1968-ci ildə Ağdamda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ruhlar şəhəri” Vahid Qazinin ilk kitabıdır.

Tədbirdə həmçinin işğal altında olan Ağdam şəhərinin işğaldan əvvəlki və sonrakı görüntülərini əks etdirən foto və video da nümayiş olundu.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!