13 Sentyabr, 2013
Əsəbiniz zəifdirsə, baxmayın - VİDEO

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən ənənəvi kulinariya festivalında həmişə olduğu kimi, əcnəbilər üçün əcaib mənzərələr müşahidə olunub.


Koreyalıların çox sevdikləri təamlardan biri canlı oktapod yeməkdir.

Bu dəfə də onlar oktapod yeməkdə yarışıblar.

Koreyalıların dediklərinə görə, oktapod çox dadlıdır.
“Dünyanın başqa yerlərində belə dadlı təamın dadılmamasına təəccüblənirik. Oktapodun çox ləziz, dadlı əti var”, – festival iştirakçılarından biri deyib.

Bununla belə, Cənubi Koreyada canlı oktapod yeyənlər arasında boğularaq ölənlər olur.

2010-cu ilin aprelində İnçhon şəhər məhkəməsi canlı oktapod yeyərkən bu məxluq boğazında qalaraq ölmüş kişinin ailəsinin yerli restoranlardan birinə iddiasına baxmışdı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!