11 Fevral, 2011
Bakıda keyfiyyətsiz bint istehsal edən sex aşkarlanıb

Yasamal rayonunda keyfiyyətsiz tibbi ləvazimatlar istehsal edən sex aşkarlanıb.

Rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Mətləb Cəfərov ölçüləri standarta uyğun olmayan keyfiyyətsiz, sterilizə olunmayan 3000 ədəd tibbi binti satarkən tutulub. M.Cəfərova məxsus sexə baxış zamanı 3 rulon tənzif, 2000 etiket və 4000 istehsal olunan bint aşkarlanıb.


Eyni zamanda tibbi ləvazimatların istehsalında istifadə olunan 4 dəzgah da müsadirə edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

İstintaq aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!