10 Sentyabr, 2013
Türkdilli dövlətlərin növbəti toplantısı gələn il keçiriləcək

.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin nəqliyyat nazirlərinin II iclası gələn il Astana şəhərində (Qazaxıstan) keçiriləcək. Simsar.az-n Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, türkdilli dövlətlərin nəqliyyat nazirlərinin iclasının mayın 19-21-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Üzv dövlətlərin nəqliyyat nazirlərinin ilk iclası bu ilin iyul ayında Bakıda keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!