11 Fevral, 2011
Əli Abbasov: “Rouminq tarifləri hələ də yüksəkdir”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının rouminq tariflərinin endirilməsi səviyyəsindən razı deyil.

Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Azərbaycandakı rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır və mobil operatorlar da bunu başa düşür. Rouminq tarifləri hazırda yüksəkdir və bu qiymətlər bir qədər də aşağı salınmalıdır” - deyə, nazir vurğulayıb.

Ə.Abbasov əlavə edib ki, rouminq xidmətləri sahəsində qiymətlərin formalaşması xarici operatorlardan da asılı olduğuna görə, bu məsələ digər ölkələrin operatorları ilə aparılan danışıqlar nəticəsində həll olunur. Bu səbəbdən cari ilin birinci yarısında bu iş davam etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!