11 Fevral, 2011
Bakıda dəhşətli yol qəzası: 2 nəfər diri-diri yandı

Bakının Suraxanı rayonu ərazisində ağır yol qəzası baş verib.

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Hövsan qəsəbəsində Elsevər Məmmədovun idarə etdiyi “Mercedes”, qarşıdan gələn 46 yaşlı Hacağa Məmmədovun idarə etdiyi “Reno” markalı maşınla toqquşub. Zərbədən sonra “Reno”da yanğın baş verib.

Maşında xəsarət alan H.Məmmədov və onun 37 yaşlı sərnişini Zöhrab Ağayev diri-diri yanıb. Qəza zamnı “Reno”da olan Nəzakət Nəsirova, “Mercedes”in sürücüsü və daha bir sərnişini xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!