10 Fevral, 2011
Fərhad Bədəlbəyli münsiflər heyətindən kənarda qalıb

Bəstəkarın açıqlamasına aydınlıq gətirilməyib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsində iştirak etməyəcək. 

Bu barədə APA-ya Fərhad Bədəlbəyli məlumat verib: “Münsiflərdə təmsil olunmayacağam, ona görə ki, məni heç kim dəvət etməyib. Münsiflərdə kimlərin olacağından da xəbərsizəm”.

Beş finalçıdan kimi dəstəklədiyini açıqlamayan F. Bədəlbəyli sabah çıxışlarını izləyəndən sonra qərarını açıqlaya biləcəyini əlavə edib.

Fərhad Bədəlbəyli hər il Azərbaycanın sözügedən müsbaiqəsindəki təmsilçisinin seçilməsi ilə bağlı milli münsiflərdə təmsil olunub.

Bakı Musiqi Akademiyasının rektorunun bu açıqlamasına simsar.az aydınlıq gətirmək istədi. Lakin iş gününün sonuna qədər İctimai Teleradionun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədovla əlaqə saxlamaq mümkün olmadı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!