10 Fevral, 2011
Müğənni Firuzə İbadova xəstəliyə qalib gəldi

3 ay yarımdan çox davam edən xəstəlik əməkdar artist Firuzə İbadovanın yaradıcılıq planlarını alt-üst edib.

Müğənni ağır soyuqdəymə səbəbindən İngiltərədə verəcəyi böyük konsert proqramından imtina etməli olub. Bu barədə sənətçi özü Simsar.az-a danışıb: “Düşmənimə də belə xəstələnməyi arzu etmirəm. O dərəcədə ağır soyuqdəyməm olmuşdu ki, iynə-dərmana möhtac olmuşdum. Az-maz çəkilişlərə məcbur qalıb gedirdim, oxuya bilmirdim, fonoqramdan istifadə edirdim. İngiltərədə böyük konsert proqramı ilə çıxış edəcəkdim, olmadı, alınmadı... Şükür, indi xeyli yaxşıyam”. 

Əməkdar artist hələ də həkim nəzarəti altında olduğunu deyib: “El şənliklərinə getməkdən ehtiyat edirəm, həkim tapşırıb ki, kondisioner olan məkanlarda çox hərəkət edib, tərləməyim. Artıq hər şeyə ehtiyatla yanaşıram”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!