10 Fevral, 2011
Vəfa Quluzadə Brayzanın fəaliyyətinə proqnoz verdi

“ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayzadan ABŞ - Azərbaycan münasibətlərində nəyinsə dəyişdirəcəyini gözləməyə dəyməz”.

Bu sözləri politoloq Vəfa Quluzadə “Simsar” a açıqlamasında deyib. Onun sözlərinə görə, dövlətlər arasında münasibətləri ölkənin rəhbərləri müəyyən edirlər. Quluzadə qeyd edib ki, səfirlər bu məsələdə ikinci dərəcəli rol oynayırlar: “Onlar məktub aparıb-gətirir, məlumat ötürürlər. Hesab edirəm ki, Brayzadan ikitərəfli münasibətlər üçün nəsə gözləməyə dəyməz”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!